Okt 31, 2015 19:39 Asia/Baku
  • Afina valisi bu şəhərdə məscidin tikilməsini istəyib
    Afina valisi bu şəhərdə məscidin tikilməsini istəyib

Afina valisi tez bir zamanda Yunanıstan paytaxtında bir məscidin tikilməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Afina valisi Rena Dourou Yunanıstan valilərinin iclasında bu ölkədə yaşayan müsəlmanlar üçün məscidin tikilməsinin vacibliyinə toxunaraq deyib: Afina şəhərində yaşayan müsəlmanların inanclarına hörmət bəsləməyin vacibliyini nəzərə alaraq hökumət bu şəhərdə bir məscidin tikilməsi barədə tez bir zamanda addım atmalıdır.
Solçu Siriza partiyasının yüksək səviyyəli üzvlərindən olan və siyasi qüdrət və nüfuza malik Afina valisi bu şəhərdə məscidin tikilməsinin vacibliyinə toxunaraq bildirib: Müsəlmanlar Yunanıstanda din azadlığı haqqına malikdirlər. Yaxşı bir məscidin tikilməsindən əlavə onların ölülərinin dəfn olunması üçün də bir məkan təyin olunmalıdır.
Yunanıstan hökuməti dəfələrlə bildirib ki, Afina şəhərində məscidin tikilməsindən sonra onun idarəçiliyi müsəlmanların və hökumət nümayəndələrinə tapşırılacaq.

Teqlər