Noy 09, 2015 19:35 Asia/Baku
  • Amerikadakı atəşaçmalarda iki nəfər ölüb
    Amerikadakı atəşaçmalarda iki nəfər ölüb

Amerikanın Çikaqo polisi bu şəhərdə iki nəfərin öldürülməsindən xəbər verib.

"Çikaqo Tribyun" qəzetinin məlumatına görə, Çikaqo polisi bu şəhərdəki silahlı kobudluqlarda iki amerikalı gəncin öldürülməsinə toxunaraq, bildirib ki, azı doqquz nəfər də həmin kobudluqlarda yaralanıbdır.
Çikaqo polisi bildirib ki, bu şəhərdəki atəşaçmalar ilə bağlı heç bir şübhəli həbs olunmayıb.
Bundan öncə, şənbə günü də bu şəhərin başçıları silahlı şəxslərin şəhərin müxtəlif məntəqələrində atəşaçmaları nəticəsində altı nəfərin öldürülməsinə toxunaraq, bildiriblər ki, azı səkkiz nəfər də Çikaqo şəhəri kobudluqlarında yaralanıbdır.
Çikaqo şəhərində silahlı zorakılıq böyük bir siyasi problemə çevrilib və bu şəhərin bəzi yoxsul məntəqələrində cinayətkar dəstələrin mövcud olmasına görə, onda zorakılıq miqdarı Amerikanın digər şəhərlərindəki zorakılıqlardan daha çoxdur.
ABŞ hökuməti ötən iki ildə silah daşınması qanununda islahatlar aparmağa səy etdi, ancaq Amerika konqresində nüfuza malik olan böyük silahqayırma şirkətlərinin sahibləri silah daşınması üçün məhdudiyyətin yaradılmasına icazə vermirlər.

Teqlər