İspaniya məhkəməsi Benyamin Netanyahu və İsrail rejiminin 6 keçmiş nazirini mühakimə etməyə hazırlaşır
Noy 14, 2015 10:25 Asia/Baku
İspaniya Milli Məhkəməsinin hakimi Xose De La Mata bu ölkə polisi və Sivil Qvardiyasına İsrailin baş naziri Benyamin Netanyahu və bu rejimin 6 sabiq nazirinin İspaniyaya daxil olacaqları təqdirdə, mühakimə edilmələri üçün məlumatlandırılmasını istəyib.
İRNA-nın məlumatına görə, De La Manta İspaniyanın təhlükəsizlik qüvvələrinə bildirib ki, 2010-cu ildə Türkiyənin Mavi Mərmərə gəmisinə edilən hücumla əlaqədar edilmiş şikayət əsasında İsrailin baş naziri Benyamin Netanyahu və bu rejimin 6 sabiq nazirinin İspaniyaya səfər edəcəkləri təqdirdə, məhkəməni məlumatlandırsınlar.Halbuki, "ümumdünya ədalət qanunu"na edilən dəyişikliyin ardınca De La Manta cari ilin iyun ayında bu şikayətlə bağlı cinayət işini bağlamağa məcbur olmuşdu.
Bu məlumata görə, İsrail rejiminin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri İhud Barak, keçmiş xarici işlər naziri Aviqdor Liberman, keçmiş strateji məsələlər naziri Moşe Yəlun, daxili işlər naziri Eli Yişay və admiral Elyazer Marun əleyhinə İspaniya Milli Məhkəməsinə şikayət edilib.
Sionist rejim hərbçilərinin Qəzzəyə humanitar yardımlar aparan Azadlıq Karvanına hücumu zamanı Türkiyə vətəndaşı olan 9 nəfər həyatını itirmiş, 38 nəfər isə yaralanmışdı.