Ukraynanın şərqində 4 nəfər ölüb
Noy 14, 2015 19:17 Asia/Baku
Ukrayna ordusunun sözçüsü bu ölkənin şərqində dörd hərbçinin öldürülməsindən xəbər verib.
İnterfaks-ın məlumatına görə, Ukrayna ordusunun sözçüsü Andrey Lisenko bildirib ki, bu ölkənin qüvvələri ilə müxaliflər arasında Donbas məntəqəsində gedən döyüşlərdə həmçinin dörd hərbçi yaralanıb.Ukrayna ordusunun sözçüsü deyib ki, Donbasda toqquşma bu məntəqədə ordu qüvvələrinin anti-terror əməliyyatı zamanı baş verib.
Ukraynada toqquşmalar elə bir halda davam edir ki, Ukrayna, Rusiya, Fransa və Almaniyanın xarici işlər nazirləri Berlində keçirdikləri iki saatlıq iclasın sonunda ayrı-ayrılıqda bəyanatlar yayaraq, sentyabrın 1-də elan olunmuş atəşkəsin tam şəkildə icra olunmasını istəyiblər.