ABŞ prezident seçkilərinə namizəd bu ölkə məscidlərinin bağlanmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i199684-abŞ_prezident_seçkilərinə_namizəd_bu_ölkə_məscidlərinin_bağlanmasını_istəyib
Amerika prezident seçkilərinə respublikaçı namizəd deyib ki, bu ölkə məscidləri bağlanmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2015 05:23 Asia/Baku
  • ABŞ prezident seçkilərinə namizəd bu ölkə məscidlərinin bağlanmasını istəyib
    ABŞ prezident seçkilərinə namizəd bu ölkə məscidlərinin bağlanmasını istəyib

Amerika prezident seçkilərinə respublikaçı namizəd deyib ki, bu ölkə məscidləri bağlanmalıdır.

Press TV-nin məlumatına görə, Amerika prezident seçkilərinə respublikaçı namizəd Donald Tramp dünən əlavə edib ki, bu ölkə dövləti Amerikada terror hücumlarına mane olmaq üçün məscidləri bağlamalıdır.
O, həmçinin deyib ki, məscidlərin bağlanması terror hücumları ilə mübarizə üçün ciddi həll yollarından biridir.
Tramp vurğulayıb ki, dövlət bütün Amerikada məscidlərə daha artıq nəzarətə malik olmalıdır.
ABŞ prezident seçkilərinə respublikaçı namizəd həmçinin deyib ki, müsəlmanlar qarşısında sərt bir mövqeyin tutulması zəruri bir addımdır.
Paris hücumlarından sonra islamofobiya və anti-İslam dalğasının genişlənməsi barədə nigaranlıqlar artıbdır.