Kanada polisi bu ölkə müsəlmanlarından üzr istədi
Noy 21, 2015 10:20 Asia/Baku
Kanada polisi rəsmi qaydada bu ölkə müsəlmanlarından Kanadanın şərqində bir məscidə edilən hücumla bağlı üzr istəyib.
Kanada polisinin rəisi Murray Rod jurnalistlər qarşısında deyib: Kanada müsəlmanlarından naməlum şəxslərin Ontario vilayətinin Pitrboro şəhərinin yeganə məscidi olan "Salam Məscidi"ni yandırmalarına görə üzr istəyirəm.Murray Rod Kanada polisinin bu hadisəni törədənlərin kimliyi barədə hələ heç bir məlumat əldə edə bilmədiyini deyərək, vurğulayıb: Bu hadisəni törədənlərin kimliyini müəyyən etmək üçün 10 000 dollarlıq mükafat təyin edilib.
Bundan öncə Kanadanın baş naziri Castin Trodo da bir bəyanat yayaraq, "Salam Məscidi"nə edilən hücumu qınamış və bu cinayəti törədənlərin aşkar edilməsini istəmişdi.
"Salam Məscidi" Otonabi çayının kənarında yerləşən Pitrboro şəhərinin yeganə məscididir. Bu məscid ötən həftə yandırılıb. Hadisə ilə bağlı istintaq davam edir.
Paris terror hücumlarından sonra Kanada müsəlmanlarına və onlara aid dini-ibadət məkanlarına qarşı zorakılıq halları artıb.