Dek 01, 2015 09:11 Asia/Baku
  • Haaqada Kimyəvi Silahlar Konvensiyası konfransının açılışı olub
    Haaqada Kimyəvi Silahlar Konvensiyası konfransının açılışı olub

Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrin 20-ci konfransının Hollandiyanın Haaqa şəhərində açılışı olub.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrin 20-ci konfransı üzv ölkələr və kimyəvi silahların qadağası üzrə aktiv qeyri-hökumət təşkilatların nümayəndələrinin iştirakı ilə Haaqa şəhərində işə başlayıb və 5 gün müddətinə davam edəcək.
İran İslam Respublikasının Kimyəvi Silahlara Qadağa Təşkilatındakı nümayəndəsi Əlirza Cahangiri Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrin 20-ci konfransının sədrəvəzi və Asiya ölkələrinin nümayəndəsi olaraq seçilib.
İranın Kimyəvi Silahlara Qadağa Təşkilatındakı nümayəndəsi Kimyəvi Silahlar Konvensiyasına üzv ölkələrin 20-ci konfransında konvensiyanın cahanşümul olmaq məsələsinin əhəmiyyəti vurğulayaraq və yeni üzv olaraq Myanma və Anqolanın qoşulmasını müsbət qarşılayaraq indiyə qədər Kimyəvi Silahlar Konvensiyasına qoşulmayan ölkələri heç bir ilkin şərt olmadan bu konvensiyaya qoşulmağa çağırıb.
Cahangiri bildirib: Qoşulmama Hərəkatına üzv ölkələr və Çin konvensiyanın məqsədlərinin gerçəkləşməsi üçün zəruri olan bütün qaydaların heç bir ayrı-seçkilik olmadan tam şəkildə icra olunmasına sadiqdir və bu qənaətdədirlər ki, kimyəvi silahlar konvensiyasının tam şəkildə icra olunması regional və beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına kömək edəcək.
Cahangiri kimyəvi silahlara malik ölkələrin öhdəliklərinin yerinə yetirilməməsindən nigaranlıq edərək deyib: Bu silahların məhv olunması Kimyəvi Silahlara Qadağa Təşkilatının əsas prioritetidir. Kimyəvi silahlara malik ölkələr kimyəvi silahlar konvensiyasının qaydalarının icrasına zəmanət vermək məqsədilə zəruri addımlar atmalıdırlar.

Teqlər