Avropa İttifaqı: İŞİD kütləvi qırğın silahları üzrə ekspertləri işə götürür
-
Avropa İttifaqı: İŞİD kütləvi qırğın silahları üzrə ekspertləri işə götürür
Almaniyada çıxan Di Velt(Die Welt) qəzeti Avropa Parlamentinin yeni hesabatına istinadla yazıb: İŞİD kimyəvi, fiziki və kompüter elmləri üzrə ekspertləri işə götürübdür ki, kütləvi qırğın silahlarından istifadə edərək, Qərblə vuruşsun.
Di Velt əlavə edib: İŞİD keçmişdə və hazırda bəziləri kimyəvi, fiziki və kompüter elmlərini öyrənmiş yüzlərlə xarici döyüşçünü işə götürüb. Ekspertlər bu qənaətdədirlər ki, bu mütəxəssislər ölümcül silah düzəltmək bacarığına malikdirlər.
Bu reportajda deyilir: İŞİD ola bilsin, gələcək hücumlarda qadağan olunmuş kütləvi qırğın silahlarından istifadə fikrinə düşmüş olsun.
Paris hücumlarından sonra toplanmış bu hesabat iddia edir ki, İŞİD kütləvi qırğın silahlarını Avropaya qaçaq edibdir.
Avropa Parlamentinin hesabatı xəbərdarlıq edir ki, hazırda avropalı vətəndaşlar terror qruplarının Avropaya hücumda kimyəvi, mikrob və radioaktiv və ya nüvə maddələrindən istifadə etməsi xətərini ciddi saymırlar.
Bu hesabatda deyilir: Hazırkı şəraitdə əgər belə bir hücum baş verərsə, onun səbatsızlıq yaradan təsiri artacaqdır.
Hesabatda Avropa İttifaqı dövlətlərinə xəbərdarlıq edilibdir ki, həssas məntəqələrdə işləyən və ya onlara çıxa bilən ekstremistlərdən ehtiyatlı olsunlar.
Bu hesabatda təhlükəsizlik xidmətlərinə də xəbərdarlıq edilibdir ki, kimyəvi, mikrob və radioaktiv və ya nüvə maddələr üzrə biliyə malik olan təkfirçiləri Avropaya daxil olan kimi saf-çürük etsinlər.