Vaşinqton İnstitutu: Avropalılar İrana sanksiyanı davam etdirməkdə maraqlı deyillər
Amerikanın bir institutu etiraf edib ki, bəzi Avropa rəsmisi və iqtisadiyyat fəalı İranın nüvə sanksiyalarının davam etməsində maraqlı deyil.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun internet portalı Amerikanın Xəzinədarlıq Nazirliyinin Maliyyə İnformasiyası Departamenti direktorunun Avropaya səfərinə toxunaraq yazıb: Amerika rəsmiləri bu səfərdə İranın bəzi sanksiyalarının davam etməsini öz avropalı evsahiblərinə xatırladacaqlar. Lakin Avropanın bəzi rəsmisi və iqtisadiyyat fəalı Amerikanın bu müraciətini eşitmək və sanksiyaların davam etməsində maraqlı deyillər.
Vaşinqton İnstitutunun direktorlarından Metyu Loyt bu barədə deyib: Ötən bir neçə ayda Avropa və Asiyadan investorlar yeni investisiya fürsətlərinin axtarışında İrana axışıblar.
Əhatəli Müştərək Təşəbbüs Proqramı adlanan İran və 5+1 arasındakı nüvə anlaşmasına əsasən İranın nüvə sanksiyaları Tehran tərəfindən bəzi addımlar atıldıqdan sonra 2016-cı il yanvarın əvvəlindən ləğv olunacaq.