Amerika vətəndaşları Trampın islama qarşı açıqlamasına qarşı aksiya keçiriblər
-
Amerika vətəndaşları Trampın islama qarşı açıqlamasına qarşı aksiya keçiriblər
Bir qrup ABŞ vətəndaşı bu ölkənin növbəti prezident seçkilərinin namizədlərindənb iri Donald Trampın islama qarşı açıqlamalarına etiraz olaraq aksiya keçirib.
Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, yüzlərlə ABŞ vətəndaşı cümə axşamı günü Trampa aid otelin qarşısına toplaşıb və onun islama qarşı açıqlamasına etiraz edib.
Bu aksiya iştirakçıları Amerika müsəlmanlarına hörmətlə yanaşmağı tələb ediblər.
Aksiyadakı bəzi iştirakçıların sözlərinə görə, suriyalı miqrantların Amerikaya daxil olmaını məhdudlaşdırmaq üzrə Amerikanın digər siyasi rəsmilərinin mövqelərinin Trampın açıqlaması ilə çox da fərqlənmir.
Bəzi etirazçılar da respublikaçı namizədin islama qarşı açıqlamasını ABŞ-da islamofobiya şəraitinin davamı adlandırıblar.
Donald Tramp son vaxtlar islama qarşı açıqlamasında ABŞ hökumətinə təklif edib ki, müsəlmanların Amerika ərazisinə daxil olmasının qarşısını alsın.