Efiopiyada məscidin yaxınlığında partlayış baş verib, 24 nəfər xəsarət alıb
https://azeri.sahartv.ir/news/dünya-i200713-efiopiyada_məscidin_yaxınlığında_partlayış_baş_verib_24_nəfər_xəsarət_alıb
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə məscid yaxınlığında partlayış baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2015 08:37 Asia/Baku
  • Efiopiyada məscidin yaxınlığında partlayış baş verib, 24 nəfər xəsarət alıb
    Efiopiyada məscidin yaxınlığında partlayış baş verib, 24 nəfər xəsarət alıb

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə məscid yaxınlığında partlayış baş verib.

Xarici mediaların verdikləri məlumata görə, nəticədə 24 nəfər yaralanıb.

Onlardan beşinin vəziyyəti ağır elan olunub.

İlkin məlumata əsasən, Əddis-Əbəbənin ən böyük məscidlərindən birinin yaxınlığında əl qumbarası partladılıb.

Partlayışa görə məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.