Nigeriya müsəlmanlarının qırğın edilməsi öncədən planlaşdırılmış imiş
İngiltərənin İslam İnsan Haqları Komissiyasının sədri Məsud Şəcərə Nigeriyada müsəlmanların kütləvi şəkildə qırğın edilməsini qınayaraq, beynəlxalq təşkilatların dərhal "proqramlaşdırılmış" şəkildə törədilən bu cinayətlə bağlı araşdırmalara başlamalarını, şeyx İbrahim Zəkzakın vəziyyətinə aydınlıq gətirilməsini istəyib.
Məsud Şəcərə çərşənbə axşamı İRNA ilə müsahibədə deyib: İngiltərə İslam İnsan Haqları Komissiyasına təqdim edilən faktlara əsasən Zarya şəhərində ordunun hücum etməsinin ardınca baş vermiş qanlı hadisədə ölənlərin sayı 1000-ə yaxındır.
O daha sonra deyib: Şahid ifadələri və əldə edilmiş faktlar bunu deməyə əsas verir ki, Nigeriya ordusu öz cinayətinin miqyasını gizlətmək üçün öldürülmüş şəxsləri kütləvi qəbirlərdə dəfn edib.
O, Qərb medialarının xüsusilə də İngiltərə medialarının bu cinayətlə bağlı davranışlarını qınayıb və deyib: Dünya ictimaiyyəti xüsusilə də Qərb mediaları və dövlətləri öz sükutları ilə Nigeriyada şiələrin kütləvi şəkildə qırğın edilməsinə zəmin yaradıblar.
İngiltərə İslam İnsan Haqları Komissiyasının sədri sonda deyib: Nigeriyada baş verən cinayətin arxasında Ərəbistanın vəhhabi dövlətinin təzyiqləri dayanır.