Çində daşkömür mədənində faciə; 36 nəfər həyatını itirdi
https://azeri.sahartv.ir/news/dünya-i200954-Çində_daşkömür_mədənində_faciə_36_nəfər_həyatını_itirdi
Çinin şimal-şərqində daşkömür mədənində baş vermiş hadisədə 36 nəfərin öldüyü bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2015 09:09 Asia/Baku
  • Çində daşkömür mədənində faciə; 36 nəfər həyatını itirdi
    Çində daşkömür mədənində faciə; 36 nəfər həyatını itirdi

Çinin şimal-şərqində daşkömür mədənində baş vermiş hadisədə 36 nəfərin öldüyü bildirilir.

APTN Çindən məlumat verir: "Çinin Əmək Təhlükəsizliyi Dövlət İdarəsi bildirir ki, Holodaio şəhərində, mədəndə çıxan yanğın nəticəsində 17 mədənçi həlak olub, onlarla nəfər də yaralanıb.

Hqanq şəhərində mədəndə baş vermiş ikinci hadisə zamanı isə 19 mədənçi yerin altında tələyə düşüblər və xilasedicilər mövcud şəraiti nəzərə alaraq, onların xilas edilməsini qeyri-mümkün hesab edirlər.

Çində daşkömür mədənləri dünyanın ən riskli mədənlərindən sayılır. Sadəcə ötən il Çində 931 mədənçi müxtəlif hadisələr nəticəsində həyatını itirib.