Dek 31, 2015 09:29 Asia/Baku
  • Rusiya İrana S-300-ün təhvili müqaviləsinin icrasına başlayıb
    Rusiya İrana S-300-ün təhvili müqaviləsinin icrasına başlayıb

Rusiya baş nazirinin müavini bildirib ki, İrana S-300 müdafiə sistemlərinin təhvili barədəki müqavilənin icrası başlanıbdır.

IRNA-nın məlumatına görə, Dmitri Roqozin çərşənbə günü Rossiya-24 telekanalı ilə müsahibədə deyib: İrana S-300 müdafiə sistemlərinin təhvil verilməsi müqaviləsinin icrası Rusiya üçün texniki, hərbi və sair sahələrdə İranla həmkarlıq üzrə yeni fürsətlər yaradır.

"Rossiyskaya qazeta" son vaxtlar bir rus rəsmiyə istinadla bildirib ki, S-300 hava hücumundan müdafiə sisteminin ilk partiyasının İrana təhvili iki ölkə arasındakı müqaviləyə əsasən, 2016-cı ilin yanvarında başlanacaq və fevralında başa çatacaqdır.

Bu məluamta görə, S-300-ün ikinci partiyasının İrana təhvili isə avqust və sentyabr aylarında həyata keçirələcək.

Qeyd edək ki, iki ölkə arasında müqavilədə S-300 hava hücumundan müdafiə sisteminin dörd partiyasının İrana təhvil verilməsi nəzərdə tutulub.

S-300 sistemi həssas məntəqələrdən güclü və təmərküzləşmiş müdafiə ilə dünyada ən mühüm hava hücumundan müdafiə sistemlərindən sayılır ki, eyni zamanda 150 kilometrlik mənzildə və 27 kilometrlik yüksəklikdə düşmənin bir neçə hərəkət edən qurğusunu, o sıradan ballistik raketlərini izləyərək, hədəfə ala bilər.

Teqlər