Yan 05, 2016 10:27 Asia/Baku
  • Rusiya Türkmənistandan qaz alışını dayandırdı
    Rusiya Türkmənistandan qaz alışını dayandırdı

Rusiyanın QazProm Şirkəti yeni ilin əvvəlindən Türkmənistandan qaz alınmasını dayandırıb. QazProm Türkmənistandan ildə 50 milyard kubmetr qaz alırdı.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkmənistan qazından imtinanın səbəbi QazProm Şirkəti ilə Türkmən Qaz Şirkəti arasında ixtilafın olması və eləcə də beynəlxalq qaz bazarının vəziyyəti elan olunub. Belə ki, buna Rusiyanın Avropa bazarlarına ixrac etdiyi qazın qiymətində yaranan ucuzlaşma səbəb olmuşdur. Rusiya 2008-ci ildən Türkmənistandan ildə 50 milyard kubmetr qaz satın alır və öz qazı ilə birlikdə Avropa ölkələrinə ixrac edir.

QazProm 2010-cu ildən Türkmənistandan hər min kubmetr qazı 240 dollara alırdı və ötən il iyun ayında Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək qiymətin ucuzlaşdırılmasını istəmişdi.

Teqlər