Yan 05, 2016 19:50 Asia/Baku
  • Moskvanın ətrafında S-400
    Moskvanın ətrafında S-400

Rusiya Moskva şəhərinin səmasını mühafizə məqsədi ilə şəhərin ətrafında S-400 raket zenit komplekslərinin yerləşdirilməsindən xəbər verib.

Sputnik informasiya agentliyi xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu yeni və güclü qurğu Astarxan şəhərində sınaqdan keçirildikdən sonra Moskva şəhərinin kənarında yerləşdirilib.

Həyata keçirilən sınaqlar zamanı 10-dan artıq hədəf uğurla məhv edilib.

Bu bəyanatda həmçinin deyilir: bu hərbi manevrdə havadan edilən hücumlar zamanı alçaq hündürlükdə yerləşən hədəflər uğurla məhv edilib. Belə ki, müxtəlif sürətlə uçan taktiki və ballistik raketlər S-400 raket zenit qurğuları vasitəsilə məhv edilib.

Bu yeni raket qurğularının sınaqdan keçirilməsinin ardınca, Rusiya ordusunun 4 hərbi diviziyası onunla təchiz ediləcək.

Teqlər