Minlərlə qeyri-müsəlman Paris Came məscidində olub
4 min qeyri-müsəlman Fransa paytaxtı Parisdə Came məscidi ilə yaxından tanış olub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Fransada Müsəlmanlar Şurası ötən iki gün ərzində bu ölkə məscidlərinin qapısını qeyri-müsəlmanların üzünə açıb ki, dialoq və islamla tanışlığa şərait yaratsın.
Fransa Müsəlmanlar Şurasının bu addımda məqsədi islam barəsində öncədən qərar verməyi aradan qaldırmaq və islamın həqiqi simasını tanıtdırmaqdır.
Paris Came məscidi təxminən 90 il öncə inşa olunub və Fransada ən qədim məsciddir.
Fransa prezidenti Fransua Olland da ötən gün Paris Came məscidi ilə yaxından tanış olub və bu məsciddə çay içib.
Fransa müsəlmanları, əsasən yanvar və noyabr aylarındakı aktlardan sonra müxtəlif islamofobiya hərəkətləri ilə üzləşirlər. Halbuki Fransanın bu kəsimi, o cümlədən islam qurumları dəfələrlə onların baxışlarının radikallardan fərqli olduğunu vurğulamışlar.