Guardian: Sudan Ər-Riyadın şirin vədlərinə uyaraq, İran ilə əlaqələrini kəsdi
İngiltərədə çıxan Guardian qəzeti yazır: Sudanda milyardlarla dollar dəyərində investisiyanın qoyulacağı barədəki şirin vədlər, Sudan prezidentinin İran qarşısında Ərəbistanı himayə etməyə həvəsləndirmiş oldu.
Gənc Jurnalistlər Klubunun verdiyi məlumata görə, Guardian qəzeti yazır: Şeyx Nimrin edam edilməsinin ardınca Tehran və Ər-Riyad arasındakı gərginliklərin artması ilə Ərəbistan İran ilə əlaqələrini kəsdi. Bunun ardınca Sudan da İran ilə əlaqələrini kəsdiyini bildirdi.
Amma, Sudanlı analitiklər Xartumun belə bir addım atmasının başlıca səbəbini Ərəbistan kralının maliyyə yardımları ilə bağlı vədləri adlandırıblar.
Sudan dövlti bu addımın İranda Ərəbistanın diplomatik mərkəzlərinə edilən hücuma reaksiya olaraq atıldığını bildirsə də, Xartum Universitetinin siyasi elmlər üzrə müəllimi Təyyib Zeynülabidin deyib: Bu addım , Sudan iqtisadiyyatının çox ağır durumda olduğu bir zamanda atılmış olub.
Guardian əlavə edib: Sudanın özü ölkə daxilində qiyamçılar böhranı ilə üz-üzə olsa da, Yəmənə qarşı Ərəb Koalisiyasına qoşulmaqla Ərəbistan və Fars Körfəzinin ərəb ölkələri qarşısındakı öhdəliklərinə sadiq olduğunu sübut etmiş oldu.