Mart 03, 2016 10:12 Asia/Baku
  • Rusiyanın Moldovanın təklifinə reaksiyası
    Rusiyanın Moldovanın təklifinə reaksiyası

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Moldovanın təklifini təhlükəli adlandırıb.

Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü Moldovanın Transnistriya məntəqəsindəki rus sülh mühafizəçilərinin BMT sülh nəzarətçiləri ilə dəyişdirilməsi üzrə təklifinə toxunaraq, bu təklifi son dərəcə təhlükəli adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu ölkənin sülh mühafizəçilərinin Transnistriya məntəqəsindəki əməliyyatlarının uğurlu olmasına toxunaraq, deyib ki, bu məntəqənin məsul şəxsləri də Moskva ilə səmimi əlaqələrinə görə, bu gedişin davam etməsini istəyirlər.

Transnistriya 500 min nəfərlik əhali ilə Moldovanın şərqində yerləşir ki, SSRİ-nin 1991-ci ildə dağılmasından sonra Rusiyanın dəstəyilə öz istiqlaliyyətini elan etdi, amma dünya ictimaiyyəti onu rəsmən tanımadı.

Teqlər