Moqerini Suriyada birbaşa müharibə barəsində xəbərdarlıq etdi
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə məsul şəxsi Federika Moqerini Suriyada regional və regiondan kənar qüdrətlər arasında birbaşa müharibənin baş verməsi ehtimalı barədə xəbərdarlıq etdi.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Moqerini Avropa Parlamentində etdiyi çıxışı zamanı deyib: Ötən həftələr ərzində Suriya böhranının həlli üzrə müsbət addımların atılmasına baxmayaraq, Suriyada gərginliyin hər an artması ehtimalı mövcuddur. Regional və regiondan kənar qüdrətlər arasında Suriyada cərəyan edən vasitəçi müharibənin hər an birbaşa müharibəyə çevrilməsi ehtimalını unutmamaq lazımdır.
Federkika Moqerini Suriya böhranının həlli üzrə siyasi səylərin artırılmasına təkid edərək, deyib: Böhranın həlli üzrə səylərin hər bir anında Suriyada birbaşa müharibənin baş verməsi ehtimalını nəzərə almaq lazımdır.
F.Moqerini daha sonra deyib: Suriyada atəşkəsin pozulması üzrə bir sıra hallar qeydə alınsa da, ümumilikdə atəşkəs icra olunmaqdadır.
AB-nin xarici siyasət üzrə məsul şəxsi həmçinin deyib: Ötən 5 ildə ilk dəfədir ki, Suriya ötən həftələr ərzində o qədər də çox olmayan tələfatın şahidi olub.