Mart 16, 2016 11:02 Asia/Baku
  • Mogerini: Nüvə anlaşması doğru yoldadır
    Mogerini: Nüvə anlaşması doğru yoldadır

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Avropa Birliyinin xarici işlər nazirləri ilə iclasın ardınca bir hesabat yayıb. Hesabatda deyilir: Nüvə anlaşması doğru yoldadır.

İRİB-nin Berlindən verdiyi məlumata görə, Federika Mogerini öz hesabatında yazır: Beynəlxalq Atom Enerjisi Agentliyi son zamanlar öz hesabatında rəsmən təsdiq etdi ki, İran öz öhdəliklərini tam formada yerinə yetirib.

Mogerini həmçinin İranda keçirilən seçkilərə işarə edib və deyib: Bu seçkilərin nəticəsi, İran xalqının bu ölkə prezidentinin iqtisadi islahatlar proqramına tam dəstək verdiyi aşkar formada nümayiş etdirmiş oldu.

Mogerini 16 apreldə İrana səfər etmək niyyətində olduğundan xəbər verərək, bu səfər zamanı onu Avropa Birliyinin enerji, su, hava, tədqiqat və ekologiya komissiyaları, habelə, humanitar məsələlər, təhsil və nəqliyyat üzrə müxtəlif şirkətləri və müəssisələrinin nümayəndələrinin müşayiət edəcəyini bildirib.

Bu səfər zamanı ticarət və sərmayə qoyuluşu, enerji, neft və qaz, bərpa olunan enerjişər, enerji və yanacağın keyfiyyətinin yaxşılaşdırılması və dinc məqsədlər üçün olan nüvə enerjisi sahəsində əməkdaşlıqlar barədə danışıqlar aparılacaq.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi əlavə edib: Biz mühacirət, narkotik maddələr ilə mübarizə, təhsil, tədqiqat, elm, texnologiya, nəqliyyat, ekologiya və əlbəttə ki, regional məsələlər barədə də İran rəsmiləri ilə danışıqlar aparmağa ehtiyaclıyıq.

Teqlər