Rusiyada casusluğa görə iki ingilis diplomat həbs olunub
İngiltərənin Rusiyadakı iki diplomatı Qafqazda Rusiyanın bir hərbi bazasının kadrlarını çəkdikləri zaman həbs olunub.
Daily Mail yazıb: Rusiyanın gizli xidməti iddia edir ki, 2 ingilis diplomat Rusiyanın bir hava bazasından casusluq zamanı həbs olunublar.
Bu iki nəfər İngiltərənin Moskvadakı səfirliyinin hərbi hava qüvvələri attaşesi Karl Skott və hərbi dəniz qüvvələri attaşesinin köməkçisi Rayan Kotalin Hacsondur.
Rusiya dövlət informasiya agentliyinin məlumatına görə, mart ayının əvvəllərində onlar qeyri-qanuni şəkildə Şimali Osetiyada Mozdok hərbi hava bazasına baxış keçiriblər.
Rusiyanın gizli xidmətinin bildirdiyinə görə, onlar bu hərbi bazanı və istifadə olunan təchizatları gizli şəkildə nəzarətə götürmək və şəkil və video çəkməkdə ittiham olunublar.
İddia olunur ki, bu iki diplomat icazə olmadan bu bölgəyə daxil olub.