Apr 07, 2016 18:58 Asia/Baku
  • Belçikanın baş naziri Türkiyə prezidentini tənqid edib
    Belçikanın baş naziri Türkiyə prezidentini tənqid edib

Belçikanın baş naziri Türkiyənin Brüsseldəki Zaventem hava limanında baş vermiş mart ayı hücumları amillərindən birinin ekstradisiyası üzrə hərəkətini tənqid edib.

Ria-Novosti-nin məlumatına görə, Belçikanın baş naziri Şarl Mişel cümə axşamı günü bir tele-müsahibədə bildirib: Mənim üçün təəccüblüdür ki, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan 2015-ci ildə Türkiyə-Suriya sərhədində həbs olunmuş Brüssel hücumlarının əsas şübhəlilərindən olan İbrahim Əlbəkraviyə Hollandiyaya, həmin ölkənin xəbəri olmadan səfər icazəsi verir.

Mişelin sözlərinə görə, İbrahim Əlbəkravi Türkiyənin səhlənkarlığı ilə, nəzarət olunmadan Belçikaya səfər edərək, martın 22-də bu hava limanında partlayış törədə bilibdir.

Rəcəb Tayyıb Ərdoğan bundan öncə bildirmişdi ki, bu ölkə polisi 2015-ci ilin iyununda Brüsseldəki Zaventem hava limanında baş vermiş mart ayı hücumları amillərindən biri olan İbrahim Əlbəkravini Türkiyə-Suriya sərhədində həbs və onu Hollandiya yolu ilə Belçikaya ixrac edib. Ərdoğanın sözlərinə görə, Belçika rəsmiləri Türkiyənin "onun xaricdəki terrorçularla əlaqəsi" haqdakı xəbərdarlıqlarına məhəl qoymadan bu şəxsi azad ediblər.

Belçikanın ədliyyə naziri Ərdoğanın bu iddialarını təkzib edibdir.

Teqlər