Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk
Bazar ertəsi günü, 1437-ci hicri qəməri ili rəcəb ayının üçü, 2016-cı milad ili aprelin 11-i, İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in pak övladlarından və şiələrin onuncu imamı olan Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür.
Şiələrin onuncu imamı 212-ci hicri qəməri ilində Mədinə şəhəri yaxınlığında dünyaya göz açaraq, böyük atası İmam Cavad(ə)-ın göstərişləri altında qərar tapdı. O həzrət atasının vəfatından sonra islami cəmiyyətin imamlığı və rəhbərliyini üzərinə götürdü.
İmam Əli Əl-Nəqi(ə)-ın məşhur ləqəblərindən Hadinin mənası, hidayət edən olub.
İmam Hadi(ə) əsl İslamın nurlu simasının təqdimində çox səy göstərdi.
Bir tərəfdən, İmam Hadi(ə)-ın geniş elm və biliyi, digər tərəfdən də o həzrətin xalq arasındakı sevimliliyi və böyük cəzbediciliyi Abbasi hökmranlarının paxıllığı və küdurətinə səbəb oldu. Onlar nəhayət bir fitnə ilə o həzrəti şəhid etdilər.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə paklıq Əhli-Beyti(ə)-ın bütün tərəfdarlarına başsağlığı verir.