Avropa Komissiyası Avstriyanın mühacirlərlə bağlı siyasətini qınadı
Avropa Komissiyası Avstriyanın sərhədlərinə nəzarətini gücləndirməsini və mühacirlərin ölkəyə girişini önləməsini tənqid edərək, Vyananın bu siyasəti ilə bağlı nigaranlıq edib.
APTN bildirir ki, Avropa Komissiyasının sözçüsü Nataşa Bertad bu gün Avstriyanın yeni planına işarə edərək, deyib: Əgər bu planın icra edilməsi qərara alınarsa, o zaman onu ciddi şəkildə araşdırmaq lazım gələcək.
Avstriya polisi bu gün Brenner keçid məntəqəsində mühacirlərin qeydiyyata alınması üçün qeydiyyat mərkəzinin yaradılmasından habelə, sərhədlərin beton divarlar ilə möhkəmləndirilməsindən xəbər verib.
N.Bertad "Brenner" keçidinin Avropa Birliyinin daxilində gediş-gəlişlərin həyata keçirilməsi üçün açıq olmasını zəruri adlandırıb.
Finlandiya da Rusiya ilə sərhəd keçid məntəqələrinə nəzarətin gücləndirilməsindən xəbər verib və bildirib ki, bundan sonra 6 ay müddətinə sadəcə Rusiya, Finlandiya və Belarus vətəndaşları bu iki keçid məntəqəsindən istifadə edə bilər.