Rusiya İrana S-300 zenit raket sisteminin təhvilinin başlandığını təsdiqləyib
https://azeri.sahartv.ir/news/dünya-i214879-rusiya_İrana_s_300_zenit_raket_sisteminin_təhvilinin_başlandığını_təsdiqləyib
Rusiya baş nazirinin müavini S-300 zenit raket kompleksinin birinci partiyasının İrana təhvil verildiyini təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2016 05:08 Asia/Baku
  • Rusiya İrana S-300 zenit raket sisteminin təhvilinin başlandığını təsdiqləyib
    Rusiya İrana S-300 zenit raket sisteminin təhvilinin başlandığını təsdiqləyib

Rusiya baş nazirinin müavini S-300 zenit raket kompleksinin birinci partiyasının İrana təhvil verildiyini təsdiq edib.

IRNA-nın məlumatına görə, Rusiya baş nazirinin müdafiə məsələləri üzrə müavini Dmitri Roqozin "Exo Moskvi" radiosu ilə müsahibədə bu yükün İrana göndərilməsi prosesinin 2016-cı ilin sonunadək təkmilləşəcəyindən xəbər verib.

O, vurğulayıb: Biz İran tərəfindən xərcin ödənilməsi və Rusiya tərəfindən S-300 zenit raket sisteminin satılması əsasında olan müqavilə maddələrinə uyğun surətdə əməl edirik.

Roqozin bu yükün kamil bir kompleks formasında təqdim olunduğuna işarə edərək, deyib: Rusiya indidən S-300 zenit raket kompleksinin birinci partiyasının İrana təhvil verilməsinə başlayıb.

Rusiya baş nazirinin müdafiə məsələləri üzrə müavini vurğulayıb: İran S-300-in birinci partiyasını təhvil alaraq, beynəlxalq məhkəmədə Rusiyaya qarşı irəli sürdüyü şikayəti geri götürəcəkdir.

S-300 zenit raket sistemi bütün yüksəkliklərdə istifadə oluna bilinən ən güclü quru-hava raket sistemlərindən biridir ki, eyni zamanda yüz hədəfi izləmək və on iki hədəf ilə vuruşmaq qüdrətinə malikdir.