İsveçin mənzil naziri sionist rejimi tənqid etdiyi üçün kənarlaşdırılıb
https://azeri.sahartv.ir/news/dünya-i215635-İsveçin_mənzil_naziri_sionist_rejimi_tənqid_etdiyi_üçün_kənarlaşdırılıb
İsveçin baş naziri deyib ki, bu ölkənin mənzil naziri sionist rejimin fələstinlilərlə rəftarı barədəki sözlərinə görə, öz vəzifəsindən istefa verəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2016 08:02 Asia/Baku
  • İsveçin mənzil naziri sionist rejimi tənqid etdiyi üçün kənarlaşdırılıb
    İsveçin mənzil naziri sionist rejimi tənqid etdiyi üçün kənarlaşdırılıb

İsveçin baş naziri deyib ki, bu ölkənin mənzil naziri sionist rejimin fələstinlilərlə rəftarı barədəki sözlərinə görə, öz vəzifəsindən istefa verəcək.

Təsnim xəbər agentliyinin Röyters-ə istinadlı məlumatına görə, İsveçin mənzil naziri Mehmet Kabelan bir çıxışda sionist rejimin fələstinlilərə qarşı rəftarını nasist Almaniyasının yəhudilərlə rəftarına bənzədibdir.

İsveçin mənzil nazirinin bu sözləri ilk dəfə üçün ötən həftə bu ölkənin bir qəzetində nəşr olunub. Kabelan bu sözləri İsveçin sağçı dövlətinə daxil olmazdan öncə 2009-cu ildə bəyan edibdir. O, 2014-cü ildə yaşıllar partiyasının nümayəndəsi kimi İsveçin koalisiya dövlətinə daxil olmuşdu.