İsveçin mənzil naziri İsrail rejimini tənqid etdiyinə görə istefa verib
https://azeri.sahartv.ir/news/dünya-i215689-İsveçin_mənzil_naziri_İsrail_rejimini_tənqid_etdiyinə_görə_istefa_verib
Sionist rejimi nasistlərə bənzətmiş İsveçin mənzil naziri istefa verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2016 14:27 Asia/Baku
  • İsveçin mənzil naziri İsrail rejimini tənqid etdiyinə görə istefa verib
    İsveçin mənzil naziri İsrail rejimini tənqid etdiyinə görə istefa verib

Sionist rejimi nasistlərə bənzətmiş İsveçin mənzil naziri istefa verib.

İsveçin sol mötədil baş naziri Stefan Lövfen bazar ertəsi günü bildirib ki, türk mənşəli Mehmet Kaplanın istefa ərizəsini alıb və onunla razılaşıbdır.

Kaplan 2009-cu ildə İslamofobiya barədə keçirilən iclasda nasist Almaniyasında yəhudilərin incidilməsini fələstinlilərin bugünkü vəziyyətinə bənzətmişdi. Bu sözlər son zamanlar İsveç medialarında yayılıb və İsrail rejiminin İsveçdəki səfiri İsaak Bachman bu sözləri son dərəcə anti-yəhudi adlandırıb və ondan təəssüflənibdir.

Ötən həftə Mehmet Kaplanın Türkiyə ifratçı millətçilərin iclasındakı təsvirlərinin yayılması da sərt reaksiyalara səbəb olubdur.

Mehmet Kaplan 1971-ci ildə Türkiyədə anadan olub və səkkiz yaşında İsveçə mühacirət edibdir.