Apr 27, 2016 09:06 Asia/Baku
  • AEBA nüvə təhlükəsizliyi ilə bağlı bəyanat verdi
    AEBA nüvə təhlükəsizliyi ilə bağlı bəyanat verdi

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dünyada nüvə fəaliyyətlərində əlavə təhlükəsizliyə riayət olunmasını istəyib.

İRNA-nın məlumatına görə, AEBA 26 apreldə Ukraynada Çernobl faciəsinin 30 illiyi ilə bağlı bu hadisəni ən ciddi və ən böyük insan tragediyası adlandıraraq dünya ölkələrini nüvə fəaliyyətinin təhlükəsizliyi barəsində əlavə diqqət yetirməyə çağırıb.

AEBA baş direktoru Yukiya Amano bu bəyanatda əlavə edib: Unutmayaq ki, Çernobl nüvə obyektindəki partlayış zamanı yüz minlərlə insan radioaktiv zərrəciklərlə üzləşdi və 350 min nəfər bəzi bölgələrin çirkləndiyinə görə öz evini tərk etməyə məcbur oldu.

Amano bildirib: 1986-cı ildən atılan təbii addımlara görə, əhtraf mühitdə radiaktiv şüaların yayılması azalıb və çirkli ərazilərin əksər hissəsi öncəki iqtisadi fəaliyyətinə qayıtmışdır.

AEBA baş direktoru əlavə edib: Çernobl nüvə təhlükəsizliyində qlobal əməmkdaşlıqda irəliyə doğru bir sıçrayışa səbəb oldu. Çünki nüvə enerjisi sahəsində fəaliyyət göstərən ölkələr öz təcrübələri və məlumatlarını bir-birləri ilə paylaşırlar.

Ukraynanın Çernobl Atom Elektrik Stansiyasında faciəli nüvə partlayışı 26 aprel 1986-cı ildə baş verdi.

Çernobl faciəsi nəticəsində 5 milyona yaxın insan zərər çəkdi.

Teqlər