Papa Ermənistan-Türkiyə sərhədinə getdi
İyun 27, 2016 08:55 Asia/Baku
-
Papa Ermənistan-Türkiyə sərhədinə getdi
Dünya Katoliklərinin rəhbəri Ermənistana üç günlük səfərinin sonunda bu ölkənin Türkiyə ilə bağlı sərhədinə baş çəkib.
Səfəri çərçivəsində 1915-ci il qırğınlarını açıq-aşkar şəkildə Osmanlılar tərəfindən ermənilərin "soyqırımı" olaraq xatırlayan Papa Fransisk Ermənistanın Ortodoks kilsəsində keçirilən dini tədbirdə iştirak etdikdən sonra bu ölkə ilə Türkiyə sərhədinə baş çəkib.
Fransisk sərhədə baxış keçirdiyi zaman bu sərhədin açılmasını istədiyini deyib və simvolik olaraq bu bölgə yaxınlığındakı kilsədə sülh nişanəsi olaraq bir göyərçini buraxıb.