İyun 30, 2016 11:12 Asia/Baku
  • Təqlid mərcələri vətəndaşları Qüds Günü yürüşünə dəvət etdilər
    Təqlid mərcələri vətəndaşları Qüds Günü yürüşünə dəvət etdilər

Mübarək Ramazan ayının son cüməsi Ümumdünya Qüds Günü ərəfəsindən böyük təqlid mərcələri vətəndaşları bu gün yürüşündə aktiv iştiraka dəvət ediblər.

Şiələrin təqlid mərcələrindən Ayətullah Cavadi Amuli deyib: Ümumdünya Qüds Günü təkcə Fələstin məhrumlarının azadlığına həsr olunmayıb. Bu günün müqəddəsliyi islam dünyası coğrafiyasına aiddir. Hamımız bu yürüşdə iştirak etməliyik.

Ayətullah Məkarim Şirazi də bir müraciətdə islam dünyası məsələlərinə toxunaraq bildirib: Sionist rejim İŞİD kimi təkfirçi cərəyanların arxasındadır və müsəlmanlar arasında təfriqədən faydalanır. Dünyanın hər bir yerində, xüsusilə İranda mömin və oruc tutan insanlar Ümumdünya Qüds Günü Qüdslə həmrəylik və birlik məqsədilə yürüşdə iştirka edəcək. Bu qəhrəmancasına iştirakı dünya müstəbidləri və zalımlarının diqqətinə çatdıracaq.

Ayətullah Sübhani də bütün müsəlmanları Ümumdünya Qüds Günü yürüşündə aktiv iştiraka dəvət edib: Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir, Qüds islam cəmiyyətinə bağlıdır. İndi saxta bir cəmiyyət Qüdsdəki abidələri məhv etmək və əl-Əqsa məscidini müsəlmanlardan almaq istəyir. İmam Xomeyninin (rə) buyurduğu kimi, dünyanın hər bir yerində bütün müsəlmanlar mübarək Ramazan ayının son cüməsində Qüdsün azadlığı üçün və saxta qüdrətlə mübarizə üçün yürüş keçirməlidir.

Həmçinin Ayətullah Nuri Həmədani bir müraciətdə İraq, Suriya, Yəmən, Əfqanıstan və digər müsəlman ölkələrindəki çoxlu cinayətlərə toxunaraq əlavə edib: Bu cinayətlər imperialist qüdrətlər və qəsbkar sionist rejimin vasitəsi ilə törədilir. Bu xərçəng şişi yer üzündən silinməlidir. Qüds Günü müsəlmanlar və bütün azadlıqsevərlər səhnəyə gəlməli, möhkəm addımları və şüarları ilə sionistləri titrətməli və onlara anlatmalıdırlar ki, müsəlmanların vəhdəti və izzəti qarşısında onlar süquta yuvarlanmaqdadırlar.

Teqlər