İngiltərə əhalisi cidid böhran astanasında
Avropa Bankının sabiq rəisi Jan Kloud Trişe İngiltərə əhalisini Avropa Birliyindən çıxıdqdan sonra ciddi iqtisadi problemlərin gözlədiyini bildirib.
Frans-24 telekanalı Jan Kloud Trişe ilə eksklüziv müsahibədə, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının İngiltərə və Avropa Birliyi üçün nə kimi mənfi iqtisadi nəticələri ola biləcəyini soruşub.
Avropa Bankının sabiq rəisi deyib: Daha öncə xəbərdarlıq etdiyim kimi, İngiltərə əhalisi Avropa Birliyindən çıxacaqları təqdirdə çox böyük faciələr ilə üzləşmiş olacaq. Və indi bu baş verib. Maraqlıdır ki, ölkələrinin Avropa Birliyindən çıxmasına səs verən ingilislər indi yaxşı başa düşürlər ki, onların verdikləri səs ölkələri üçün nə dərəcədə dağıdıcı ola bilər.
Trişe əlavə edib: İngiltərə əhalisi yeni başa düşüb ki, Avropa Birliyindən çıxmaq istər iqtisadi, istər ictimai, istərsə də siyasi baxımdan nə dərəcədə zərərli bir addım imiş.