İyul 14, 2016 19:46 Asia/Baku
  • ABŞ; Haqlar yoxsa iddialar ölkəsi
    ABŞ; Haqlar yoxsa iddialar ölkəsi

Prezidentinin etirafına görə, maksimum irqi ayrı-seçkiliyi ilə dünyanın ən sərt sənayeləşmiş ölkəsidir. Bir diyarın milyonlarla əsil sahiblərinin qırğın edilməsi ilə qurulan ölkə.

Təcavüzkar ölkələr arasında birinci yeri tutur. Müharibənin başladan tərəfi və yaxud yüzlərlə müharibənin şəriki. Müstəqil ölkələrə qarşı çevrilişlərin və siyasi terrorların planlaşdırıcısı. Dünyada atom bombasının ilk və yeganə istifadəçisi. Iki milyon üç yüz mindən çox məhbusu ilə dünyanın ən çox məhbusuna sahib ölkə, başqa sözlə dünyanın iyirmi beş faiz məhbusuna malik ölkə. Telefon dinləmələri, internet və virtual dünya ilə özünün və dünyanın digər ölkələrinin vətəndaşlarının özəl həyatı və hüququnu pozan ölkə. Və nəhayət dünyada insan haqlarının əsas iddiaçısı.

Üç il öncə, Angella Merkelin Amerikanın onun telefon danışıqlarını yoxlamasından təlaşda olduğu bir halda, yaxud Fransa prezidenti Ollandın Elisey sarayının gizli şəkildə normadan kənar təmaslarının olduğu gecələrdə, göygözlü amerikalıların onların telefon danışıqlarını görüb, dinlədiklərindən nigaran olduğu halda, 35 ölkənin dövlət başçısı və milyonlarla insanın telefon dinləmələri qalmaqalını ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Eduard Snouden ifşa etdi. Bu, Amerika vətəndaşları vətəndaş hüququ üçün ən kədərli hadisə idi.

Amerika Birləşmiş Ştatlarında adi vətəndaşlar dünyanın digər vətəndaşları kimi, günün məsələləri ilə məşğul olaraq, dünyanın ən böyük insan haqları təşkilatının yanından keçirlər.

Amma ölkə vətəndaşlarının psixoloji təhlükəsizliyini təmin etməli olan bu ölkənin polisi hakerlər işə götürür ki, bütün vətəndaşların sadə telefon danışıqlarını dinləsin.

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Eduard Snouden deyir: ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi həmçinin milyonlarla Amerika vətəndaşının telefon danışıqları məlumatlarını toplamaqdadır.

Bu ölkənin rəsmilərinin dünyada insan haqlarının pozulması ilə mübarizədə daha uca səslə danışdıqları bir halda, azadlıq haqqını tələb etmək üçün ən çox aksiyanı keçirənlər Amerika vətəndaşlarıdır.

Amerikanın federal məhkəmələrinin vətəndaşlıq hüququnun pozulması üzrə dünyada ən çox mühakimələrə malik olduğu bir halda, bu ədalət masaları qalmaqallı qərarlar verirlər. Bu qərarlara əsasən, Amerikanın təhlükəzilik və intizam orqanları qanuni icazəni almadan, Amerika vətəndaşlarının mobil telefonlarını izləyə və dinləyə bilərlər.

Rend Poul isə bildirir ki, biz indi casusların məlumatlarını toplamırıq. Terrorçuların da məlumatlarını toplamırıq. Biz bütün vətəndaşların məlumatlarını toplayırıq. Heç düşünmədən olmadan bütün azadlıqlarımızı itirmək istəyirikmi?

Bu ölkənin virtual dünya və onun vasitələrinin dünyada ən çox istifadəçiləri olduğu halda, məşhur 9 internet şirkəti, o cümlədən Google, Apple, Yahoo və Facebook-un əsas serverlərinə girişi olan tərəf FTB-dir. Belə ki, istifadəçilərin audio, video, şəkillər və elektron məktublar, internetə birləşən digər məlumatlarını əldə edə bilər.

Snoudenin sözlərinə görə, Amerika vətəndaşlarının məlumatlarının irimiqyaslı şəkildə toplanılması və telefon danışıqlarının dinlənilməsi, Amerikaya hücumların qarşısının alınmasında təsirli olmamışdır.

Teqlər