Türkiyədə iki general istefaya gedib
İyul 28, 2016 13:25 Asia/Baku
Türkiyə ordusunun quru qoşunları komandanı general İhsan Uyar və Türkiyə ordusunun baş qərargahında hərbi təhsil və hərbi doktrina üzrə idarə rəisi general Kamil Başoğlu istefa veriblər.
Ria-Novosti-nin Türkiyənin NTV telekanalına istinadlı məlumatına görə, hər iki general, iclası cümə axşamı gününə təyin olunmuş Türkiyə Ali Hərbi Şurasının üzvü olub.
Bu yaxınlarda 149 general və admiral daxil olmaqla 1684 zabitin Türkiyə hərbi şurasından çıxarıldığı bildirilmişdi.
İyulun 16-a keçən gecə Türkiyədə bir qrup qiyamçı hərbi çevrilişə cəhd göstərdi. Əsas hadisələr Ankara və İstanbulda baş verdi. Son statistikalara görə, qiyamçılar hesab olunmadan 246 türkiyəlinin ölümü və iki mindən çox insanın yaralanması sayəsində çevriliş yatırıldı.