Papa: İslam zorakılıq dini deyil
-
Papa Fransis
Dünya katoliklərinin rəhbəri terrorizmin İslama aid edilməsini yanlış adlandırıb.
Frans Press-in verdiyi məlumata görə, dünya katoliklərinin rəhbəri Papa Fransis İslam ilə zorakılıq arasında hər hansı bir bağlantının olması ilə bağlı fikirləri rədd edərək, deyib: katoliklər də zorakılığa əl ata bilərlər.
Papa Fransis "İslam Zorakılığı" barədə danışmaq istəsə, o zaman "Xristiyan Zorakılığı" haqda da danışmalı olduğunu xatırladıb və deyib: Demək olar ki, bütün dinlərdə ifratçılığa meylli qruplar mövcuddur. Bizim dinimizdə də bu belədir.
Dünya katoliklərinin rəhbəri daha sonra dini zorakılıqlara rəvac verən mühərrik kimi qələmə verməyin yanlış olduğunu söyləyib.
Papa Fransis irqçi düşüncələrə və əcnəbilərə qarşı düşmən mövqeyə malik olan sağçı siyasətçilər tərəfindən səsləndirilən fikirlərə işarə edərək, deyib: Dil ilə də qətl törətmək mümkündür.