Yunanıstan parlamenti Afinada ilk məscidin inşasına icazə verdi
-
Yunanıstan parlamenti Afinada ilk məscidin inşasına icazə verdi
Yunanıstan parlamentinin deputatları bəzi müxalifətlərin olmasına baxmayaraq, paytaxt Afina şəhərində ilk rəsmi məscidin tikintisi prosesinə icazə verən layihəni təsdiqləyib.
Parlamentdə bu qərarın təsdiqlənməsi ilə yanaşı qeyd edək ki, hökumətin koalision şəriki Müstəqil Yunanlar partiyası, həmçinin sağçı radikal Günəşin Doğuşu partiyası ona qarşı olduqlarını bildiriblər.
Qeyd olunan layihə bu məscidin inşasını təxminən 10 il təxirə salan bəzi mövcud maneələri aradan qaldırır. Hesablamalara görə, bu məscidin inşasına 946 min avro xərclənəcək.
Hazırda bildirilir ki, əksəriyyətini Yaxın Şərq və afrikalı miqrantlar təşkil edən 200 mindən çox müsəlman 4 milyonluq Afina şəhərində yaşayır.
Bir çox müsəlman hazırda zirzəmi və ya anbar kimi müvəqqəti məkanlardan namaz qılmaq üçün istifadə etməyə məcburdur.
Yunanıstanın təhsil naziri Nikos Filosof səsvermədən öncə parlamentdə deyib: Qeyri-rəsmi məscidlərin olması ölkə və müsəlmanların utancına səbəb olur. Bu məsələ həmçinin hamımızın təhlükəsizliyi üçün daimi təhlükə hesab olunur. Afina məscidi hələ ilk addımdır. Biz öncədən ikinci addımın icrasına başlamlışıq və Tibay bölgəsində daha 4 məscidin inşasına icazə vermişik. Bu məscidlər yeni deyil. Bu məscidlər illərdir fəaliyyət göstərirlər.
1832-ci ildə Osmanlı imperatorluğundan istiqlaliyyətini əldə edən Yunanıstanın paytaxtının rəsmi məscidi yoxdur. Bu məsələ insan haqları fəallarının tənqid atəşinə tuş gəlib.