Avq 05, 2016 17:23 Asia/Baku
  • Amerikalı müsəlman qadın hicaba görə iş yerindən kənarlaşdırılıb
    Amerikalı müsəlman qadın hicaba görə iş yerindən kənarlaşdırılıb

Amerikalı müsəlman qadın öz hicabından imtina etmədiyinə görə, iş yerindən kənarlaşdırılıb.

Press TV-nin məlumatına görə, hicablı qadın Nəcəf Xan Virciniya ştatında stamotologiya mərkəzində üç gün idi ki, işə başlamışdı. Bu mərkəzin rəhbəri onun geyiminin bəzi xəstələri incidə biləcəyini və bu mərkəzin gərginliksiz olmasını iddia edərək ondan işdə olarkən islam örtüyündən istifadə etməməsini istəyir. Onun bu təklifinə Nəcəf Xan mənfi cavab verir. 

Bu mərkəzin rəhbəri müsəlman qadını hədələyir ki, işdə olduğu müddətdə hicabdan istifadə edəcəyi halda öz işini itirəcəkdir. 

Bununla əlaqədar Amerika-İslam Şurası bu stamotologiya mərkəzindən bu müsəlman qadını yenidən işə götürməyə və dəyən maddi və mənəvi xəsarət üçün kompensasiya ödəməyə çağırıb. 

Amerika-İslam Əlaqələri Şurasının ictimai məsələlər üzrə şöbə müdiri İbrahim Hoper bu barədə deyib: Heç bir işçi dini və inanc prinsiplərinə sadiq qaldığına görə, işini itirməməlidir. 

İndiyə qədər bu mərkəz bu məsələ ilə əlaqədar heç bir açıqlama verməyib. 

2008-ci ildə Amerikanın bir şirkəti islam hicabı olduğuna görə, amerikalı müsəlman qadın Samanta Əllufu işə götürməmişdi. Lakin Amerikanın Ali Məhkəməsi 2015-ci ildə müsəlman qadının xeyrinə qərar vermişdi. Həmin olaydan düz bir il sonra bu hadisə baş verib. 

Teqlər