Avq 30, 2016 12:20 Asia/Baku
  • Ukraynada məxfi həbsxanalardan nigaranlıq
    Ukraynada məxfi həbsxanalardan nigaranlıq

İnsan Haqları Təşkilatları Ukraynada məxfi həbsxanaların olması barədə nigaranlıq ediblər.

Associated Pressin məlumatına görə, Beynəlxalq Amnistiya və İnsan Haqları Gözətçisi təşkilatları bazar ertəsi günü Ukraynada məxfi həbsxanaların olmasından nigaranlıq edərək bir bəyanatda bildiriblər: Atılan addımlarla Ukraynanın xəfiyyə təşkilatının həbsxanasından 13 nəfər azad olunub. Lakin 5 nəfər hələ də bu ölkənin məxfi həbsxanasındadır. 

Bu bəyanatda məxfi həbslər və işgəncələrlə bağlı hüquqi proseduranın başlanması vurğulanıb. 

Bu ilin yayında Beynəlxalq Amnistiya və İnsan Haqları Gözətçisi təşkilatları Ukrayna hökuməti və müxaliflər tərəfindən gizli həbs və işgəncə barədə hesabat veriblər. 

2014-cü ildən Ukraynadakı daxili çəkişmələr nəticəsində həlak olanların sayı 9500 nəfəri keçib. 

Teqlər