Okt 03, 2016 12:07 Asia/Baku
  • Macarıstan xalqı miqrantlara
    Macarıstan xalqı miqrantlara "yox" dedi

Macarıstan xalqı bir referendumda iştirak edərək, Avropa Birliyinin miqrantların üzv ölkələr arasında bölüşdürülməsi planına yox dedi.

Macarıstanın Milli Seçki İdarəsinin verdiyi məlumata görə, referendumda iştirak edənlərin 98.2%-i miqrantların qəbuluna "yox" deyib. Amma, referendumda iştirak edənlərin sayının səsvermədə iştirak haqqına malik olanların ümumi sayının yarısından az olmasını nəzərə alaraq, referendum etibarsız elan edilib. 

Buna baxmayaraq, Macarıstanın sağçı baş naziri etibarsız olmasına rəğmən referendumun nəticəsini diqqətə layiq adlandırıb və deyib: Avropa Birliyi Macarıstanı miqrant qəbul etməyə məcbur edə bilməz. 

Viktor Urban bir mətbuat konfransında deyib: 13 il əvvəl Macarıstan xalqı bir referendumda iştirak edərək, Avropa Birliyinə qatılmaq barədə öz fikrini bəyan etdi. Və bu gün də Macarıstan xalqı Avropa Birliyi ilə əlaqədar mühüm bir məsələ ilə bağlı referendumda iştirak edərək, öz səsini rəhbərliyin diqqətinə çatdırmış oldu. 

Urban Avropa Birliyindən xalqın rəyinə hörmətlə yanaşmasını istəyərək, bu qərarın qanuniləşməsi üçün konstitusiyaya düzəliş edəcəyini bildirib. 

Macarıstan dövləti referendumdan öncə radio və televiziya vasitəsi ilə geniş təbliğatlar apararaq, miqrantlarla bağlı əhalidə mənfi təsəvvür yaradıb. 

Bir çoxları miqrant böhranına görə Avropa dövlətlərinin məsuliyyət daşıdığını bildirirlər. Onların təsəvvürünə görə, terrorizm və zorakılığın genişlənməsi insanların öz evlərini tərk edərək, Avropaya üz tutmasına səbəb olub. 

Teqlər