Srbiya sərhədlərini miqrantların üzünə bağlayacağı ilə hədələyib
https://azeri.sahartv.ir/news/dünya-i237917-srbiya_sərhədlərini_miqrantların_üzünə_bağlayacağı_ilə_hədələyib
Serbiya prezidenti deyib: Serbiya miqrantların qarşısını almaq üçün sərhədlərini tamamilə bağlayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2016 17:33 Asia/Baku
  • Srbiya sərhədlərini miqrantların üzünə bağlayacağı ilə hədələyib
    Srbiya sərhədlərini miqrantların üzünə bağlayacağı ilə hədələyib

Serbiya prezidenti deyib: Serbiya miqrantların qarşısını almaq üçün sərhədlərini tamamilə bağlayacaq.

AsseoşieytedPressin verdiyi məlumata görə, Serbiya prezidenti Tomislav Nikoliç bu gün digər Avropa ölkələrinin miqrant qəbul etmədiklərini xatırladaraq deyib: Serbiya miqrantların hərəkəti istiqamətinin son durağına çevrilməməli olmağa çalışmalıdır. 

Serbiya prezidenti deyib: Sərhədlərimizi tam bağlayacağıq ona görə ki, miqrantların özləri də Serbiyada qalmaq istəmirlər. 

Serbiya Makidoniya və Bolqarıstanla sərhədlərinin bir hissəsini tikanlı məftillər və patrul müşahidə dəstələri ilə nəzarətdə saxlayır və miqrantların daxil olmasına mane olur. 

Hal-hazırda Serbiyada 6 min miqrant yaşayır. 

Avropa Birliyi də bu il Ankara ilə razılığa gəldi ki, Turkiyə maliyyə yardım alaraq miqrantların AB-yə ötürülməsinin qarşısını alsın.