Okt 05, 2016 12:32 Asia/Baku
  • Rusiya: Tartusda S-300 yerləşdirilib
    Rusiya: Tartusda S-300 yerləşdirilib

Rusiya Müdafiə Nazirliyi bildirib: Suriyanın qərbində Tartus dəniz bazasında S-300 zenit-raket kompleksi yerləşdirilib.

Bu sistemlər S-400 sistemlərinin yerləşdirilməsi ilə yaradılan Suriyanın şimal-qərbində Hmeymim hərbi hava bazasında yerləşdirilən müdafiə sistemini təkmilləşdirir. 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bir bəyanatda bildirib: S-300 zenit-raket kompleksləri Suriya Ərəb Respublikasında yerləşdirilmişdir. 

"Biz xatırladırıq ki, S-300 zenit-raket kompleksi tamamilə müdafiə sistemidir və heç kim üçün təhdid deyildir" -deyən Konaşenkov əlavə edib: Bu sistemi Tartus dəniz bazasının təhlükəsizliyinə təminat vermək üçün yerləşdirmişik. 

S-300 raket kompleksi əsasən Aralıq dənizindən atılan raketlərlə mübarizəyə imkan yaradır. 

Moskva təsdiqləyir ki, yalnız təkfirçi qruplaşmalar, xüsusilə də İŞİD və Fəthüş-Şam Cəbhəsi terror qruplaşmalarını hədəfə alır. 

Bu xəbər Vaşinqtonun Suriyada atəşkəs barədə Moskva ilə müzakirələrin dayandırılması üzrə qərarı verməsindən bir gün sonra elan olunub. 

Rusiya Suriyada öz əsas iki bazası, yəni Tartus limanı və Hmeymim hərbi hava bazasında S-300 və S-400 zenit raket komplekslərini yerləşdirməklə bu bazaların müdafiəsini gücləndirib. Rusiyanın Laziqiyyə vilayətində onlarla qırıcı təyyarəsi, quru hücumlar üçün təyyarələri və çoxlu sayda helikopteri vardır. 

Teqlər