Rusiya və Qırğızıstan vahid informasiya sistemi yaratmaq istəyirlər - TƏHLİL
-
Rusiya və Qırğızıstan vahid informasiya sistemi yaratmaq istəyirlər-təhlil
Qırğızıstanın daxili işlər nazirinin müavininə görə, Rusiya DİN-in yüksək səviyyəli bir heyətinin Bişkekə səfəri bu mövzu ilə əlaqədardır.
Rusiya heyəti Rusiya ilə Qırğızıstan arasında kəşfiyyat əməkdaşlıqlarının genişləndirilməsi məqsədi ilə qırğız tərəfin dəvəti ilə Bişkekə səfər edib və Moskva ilə Bişkek arasında eləcə də MDB hövzəsində vahid rabitə və informasiya sistemi yaratmaq niyyətindədir.
Rusiya ilə qırğızıstanın təhlükəsizlik və kəşfiyyat qurumları arasında müştərək kəşfiyyat fəaliyyətləri və müştərək nəzarət tədbirlərinin araşdırılması Rusiya heyətinin Qırğızıstana səfərinini digər məqsədlərini təşkil edir.
İki ölkə həmçinin, sərhəddən kənar mahiyyətə malik olan cinayətlərlə , MDB ölkələrində qanuni qurumlarla əməkdaşlıq yolu ilə, müştərək rabitə şəbəkəsi və informasiya sistemi yaratmaqla mübarizəni də öz fəaliyyət gündəminə gətirib.
Avqustun 29-da Çinin Qırğızıstandakı səfirliyinə hücum və Bişkekdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, Rusiyanın Bişkekdəki səfirliyi ətrafında təhlükəsizlik tədbirləri həyata keçirməsi Moskva ilə Bişkek arasında təhlükəsizlik əməkdaşlıqlarının genişlənməsinə səbəb olub, Rusiyanın DİN heyətinin Qırğızıstana səfərindən əlavə indiyədək iki ölkə arasında hərbi və təhlükəsizlik əməkdaşlıqlarının inkişafı üçün həyata keçirilən qarşılıqlı səylər də diqqətə layiq olmuşdur.
Rusiyanın son aylar ərzində müştərək təhdidlər ilə mübarizə apardıqlarına görə Qırğızıstanın yüksək rütbəli zabitlərini mükafatlandırması da elə bu istiqamətdə baş tutan təşəbbüslər sırasındadır. Bu isə Moskvanın orta Asiyada təhlükəsizlik zəminində müştərək əməkdaşlıqların gücləndirilməsi istiqamətində yeni siyasətlərindən xəbər verir.
Başqa sözlə bu təşəbbüs Rusiyanın öz ətraf coğrafiyasına xüsusi diqqət yetirdiyini, bu ərazilrədə özü üçün nəzərdə tutduğu rolunu, bu regionu Kremlin nüfuz dairəsində saxlaması və Rusiyanın bu məntəqədəki gücünü mühafizə etməsi istiqamətində həyata keçirilir.
Qərb dövlətlərinin təhlükəsizlik vi siyasi hərəkətləri regionda təhlükəsizlik nigarançılıqlarını artırıb, Rusiya və orta Asiyanın oyunçularını təhlükəsizlik əməkdaşlıqlarına sövq edib. Xüsusi ilə ona görə ki, ABŞ başda olmaqla qərb dünyası region ölkələrinin təhlükəsizlik problemlərinin həllində heç də maraqldı deyillər və daha çox öz nüfuzlarını genişləndirməyi düşünürlər.
Məhz buna görə də, Rusiya təhlükəsizlik əməkdaşlıqları barədə yeni bir yozum təqdim edərək mərkəzi Asiyada hərbi və təhlükəsizlik aparatları və qurumlarını öz səmtinə çəkməyi , region ölkələrinin ABŞ başda olmaqla qərb dövlətləri ilə oxşar əməkdaşlıqlar səmtinə yönəlmələrinə mane olmağa çalışırlar.
Rusiyanın DİN heyətinin Qırğızıstana müştərək informasiya sistemi yaratmaq məqsədi ilə etdiyi səfərinə də elə bu prizmadan baxmaq olar.