Noy 25, 2016 16:57 Asia/Baku
  • "Lufthansa" sərnişinlərindən on minlərlə nəfər sərgərdan qalıb

Almaniyanın Lufthansa avia şirkəti pilotlarının tətil elan etmələri nəticəsində bu gün bu şirkətin 830 daxili və xarici uçuşu ləğv olunub və 100 mindən çox sərnişin sərgərdan qalıbdır.

Frans-Press-in məlumatına görə, Almaniyanın Lufthansa avia şirkəti pilotlarının tətillərinin çərşənbə günündən başlanmasından bəri bu şirkətin 2600-dan çox uçuşu ləğv olunub.

Lufthansa avia şirkəti pilotlarının tətili sabahədək davam edəcək.

Bu, Lufthansa avia şirkəti pilotlarının 2014-cü ilin aprelindən bəri 14-cü tətilidir.

Almaniya Pilotlar Birliyi və Lufthansa avia şirkətinin müdiriyyəti müəyyən müqavilələr üzərində razıığa gəlməyə çalışırlar.

Almaniya Pilotlar Birliyi beşillik bir dövrdə pilotların əmək haqqılarının ildə orta hesabla 7,3 faiz artırılmasını istəyir, halbuki Lufthansa-nın başçıları pilotların əmək haqqılarının 5,2 faiz artırılmasını təklif ediblər.

Teqlər