Özbəkistanda prezident seçkilərinə start verilib
https://azeri.sahartv.ir/news/dünya-i248870-Özbəkistanda_prezident_seçkilərinə_start_verilib
Özbəkistanda prezident seçkilərinə 4 namizədin iştirakı ilə start verilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2016 08:20 Asia/Baku
  • Özbəkistanda prezident seçkilərinə start verilib
    Özbəkistanda prezident seçkilərinə start verilib

Özbəkistanda prezident seçkilərinə 4 namizədin iştirakı ilə start verilib

Trendin verdiyi məlumata görə, Özbəkistanda bu gün yerli vaxtla saat 6:00-da prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 9383 seçki məntəqəsi faliyyət göstərir. Xarici ölkələrdə də özbəklərin səs verməsi üçün 44 seçki məntəqəsi nəzərdə tutulub.

Seçki məntəqələri saat 20.00-da bağlanacaq.

Bu seçkilərdə 21 milyon 435 min nəfər səsvermə hüququna malikdir.

Seçkilərdə Özbəkistan Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları təhlükəsizliyini təmin edəcək.

Özbəkistan prezident seçkilərində 4 namzəd arasında rəqabət gedir. 

Özbəkistanın sabiq prezidenti İslam Kərimov  sentyabr ayında vəfat etdi.