Myanmada müsəlmanların soyqırıma məruz qalması Malaziyanın etirazına səbəb olub
-
Myanmada müsəlmanların soyqırıma məruz qalması Malaziyanın etirazına səbəb olub
Malayziyada minlərlə nəfər etiraz aksiyası təşkil edərək, Myanmada Ruhinqa müsəlmanlarının soyqırımına məruz edilməsinı qınayıblar.
İRİB-nin məlumatına görə, minlərlə malayziyalı bazar günü Kualalampurun Titivanqsa stadionunda aksiya keçirərək, Myanmada Ruhinqa müsəlmanlarının incidilməsi, qırğın və soyqırımına məruz edilməsini pisləyiblər.
Malayziyanın baş naziri də İndoneziya prezidenti Coko Vidododan Myanmada Ruhinqa müsəlmanlarına qarşı törədilən soyqırımına reaksiya verməsini istəyib.
Malayziya dövləti ötən həftə də Myanmanın Raxin əyalətində Ruhinqa müsəlmanlarının qırğın edilməsinə etiraz olaraq Myanmanın Kualalampurdakı səfirini çağırtdırmış, iki ölkənin milli futbol komandaları arasındakı dostluq görüşünü ləğv etmişdi.
Ruhinqa müsəlmanları 2002-ci ildən bəri davamlı olaraq ifratçı buddistlərin hücumlarına məruz qalırlar. Cari ilin oktyabr ayından isə Myanma buddistləri Ruhinqa müsəlmanlarına qarşı hücumlarını genişləndiriblər. Bu zorakılıqlar indiyə kimi 30 000 Ruhinqa müsəlmanının öz evini tərk etməsinə və yaşadığı yerdən didərgin düşməsinə səbəb olub.