İndoneziyada zəlzələ, ölü sayı 92-yə çatdı
Dek 07, 2016 15:04 Asia/Baku
-
İndoneziyada zəlzələ, ölü sayı 92-yə çatdı
İndoneziyanın Açe bölgəsində baş vermiş zəlzələdə indiyə kimi 92 nəfərin öldüyü və yüzlərlə nəfərin yaralandığı bildirilir.
İndoneziyanın Hidrometerologiya İdarəsinin verdiyi məlumata görə, rixter şkalası ilə 6.4 bal gücündə olan zəlzələnin sunami təhlükəsi yoxdur.
Yerli kənd sakinləri, ordu qüvvələri və polis qüvvələri zəlzələnin ciddi dağıntılara səbəb olduğu kiçik Murudu şəhərinə axın edərək, yaralılara yardım edirlər.
Dünyanın ən çox adalarına malik olan İndoneziya Sakit okeanda, yeraltı qatların sınma xətləri üzərində yerləşdiyi üçün davamlı olaraq zəlzələ təhlükəsi ilə üz-üzədir.
2004-cü ildə İndoneziyanın Sumatra adasında baş vermiş güclü zəlzələ nəticəsində yaranan sunami 12 ölkədə 230 000 nəfərin ölümünə yol açmışdı.