Ağ Ev son prezident seçkilərinə mövqe bildirib
https://azeri.sahartv.ir/news/dünya-i250673-ağ_ev_son_prezident_seçkilərinə_mövqe_bildirib
Ağ Evin sözçüsü deyib: Seçilmiş prezident Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi mövzusundan siyasi məqsədlər üçün faydalanır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2016 07:22 Asia/Baku
  • Ağ Ev son prezident seçkilərinə mövqe bildirib
    Ağ Ev son prezident seçkilərinə mövqe bildirib

Ağ Evin sözçüsü deyib: Seçilmiş prezident Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi mövzusundan siyasi məqsədlər üçün faydalanır.

İRNA-nın verdiyi məlumata görə, Ağ Evin sözçüsü Caş Ernest deyib: Obama Administrasiyası ABŞ konqresinin Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) Rusiyanı Amerikadakı son prezident seçkilərinə kibernetik müdaxilədə ittiham edən hesabatını dəstəkləyir. 

MKİ rəsmiləri son vaxtlar Demokrat Partiyasının  Email-larınin hək edilərəkViki-Liksə verilməsində bir neçə rus agentin rolundan xəbər vermişdi.

MKİ-nin hesabatına görə,  Demokrat Partiyasının milli komitəsi və Hillari Klintonun seçki qərargahının rəhbərinin Email-larını Viki-Liksin ixtiyarına vermək üçün Rusiya dövləti tərəfindən bir neçə agentə missiya tapşırılmışdır. 

Rusiya ABŞ-da son prezident seçkilərinə hər hansı müdaxiləsi barədə iddiaları rədd edir.