Karter: Yeni hərbi təyyarələrin verilməsi ABŞ-ın İsrailə qarşı öhdəlikli olduğunu göstərir
ABŞ-ın müdafiə naziri müasir F-35 hərbi təyyarələrin sionist rejimə təhvil verilməsi mərasimində deyib: Dünyanın ən müasir hərbi təyyarələri sırasında olan bu təyyarələrin İsrailə təhvil verilməsi Amerikanın İsrailin təhlükəsizliyi barədə öhdəlikli olduğunu göstərir.
Eşton Karter dünən deyib: Bu hadisə ABŞ ilə İsrail əlaqələrində böyük sıçrayışdan xəbər verir ona görə ki, bu hərbi təyyarələr İsrailin hava qoşunlarının gücləndirilməsi üçün verilən ilk təyyarələrdir və bu il imzalanmış anlaşma sənədinə görə, Amerika qarşıdakı 10 il ərzində İsrailə 35 milyard dollar dəyərində hərbi yardımlar edəcəyi barədə öz üzərinə öhdəlik götürüb.
Karter deyib: İsrail bizim regionda birinci və yeganə dostumuzdur, o bu təyyarələri uçurdacaq və Amerika bununla öyünəcək.
Amerika hər il İsrailə 3 milyard dollarlıq əvəzzis yardımlardan əlavə son illərdə sionist rejimin hərbi silah-sursat istehsalı mərkəzləri, o cümlədən də dəmir günbəz, raket sistemi, uzaq mənzilli raketlər, tank və hərbi texnikaların istehsalında bu rejimlə əməkdaşlıq edir.