Dek 17, 2016 13:50 Asia/Baku
  • İngiltərənin Birmenhem şəhər zindanında çaxnaşma

İngiltərədə zindanlarda təhlükəsizliyin bərqərarı sahəsində fəaliyyət göstərən "G4S" özəl təşkilatının sədri Cerri Pietrik(Jerry Pyietryk) dünən bu ölkə həbsxanalarından birində başqa bir çaxnaşmanın baş verməsindən xəbər verib.

IRIB-nin məlumatına görə, Cerri Pietrik "G4S" özəl təşkilatı məmurlarının hələ Birmenhem şəhər zindanındakı çaxnaşmanı yatırmaqda olduqlarını bildirərək, deyib: Cümə günü səhər başlanmış bu toqquşmada yüzlərlə məhbus iştirak edir.

Bu məlumata görə, məhbuslar öz kameralarını dağıdaraq, yandırıblar.

İngiltərə mediaları tərəfindən yayılan təsvirlər göstərir ki, Birmenhem məhbəsindəki çaxnaşmanın şiddətlənməsindən sonra hadisə yerinə bir xüsusi təyinatlı bölmə və bir vertolyot göndərilibdir.

Bundan öncə də İngiltərənin Belford şəhər zindanındakı məhbuslardan təqribən 200 nəfər qiyam qaldırmışdı.

İngiltərənin ədliyyə nazirliyi də son zamanlar bir məlumatda bildirmişdi ki, bu ölkənin məhbəslərində hər gün 65 fiziki toqquşma baş verir.

İngiltərənin ədliyyə nazirliyinin məlumatına görə, ötən ildən 2016-cı ilin iyun ayınadək zindan gözətçilərinə və məhbusalara qarşı hücumlar bütövlükdə 34 faiz artıb və cari milad ilinin əvvəlindən iyun ayına kimi 23775 hala çatıbdır.

Teqlər