Dek 19, 2016 12:30 Asia/Baku
  • Madriddə minlərlə adam aksiya keçirib
    Madriddə minlərlə adam aksiya keçirib

Minlərlə fəhlə və vətəndaş İspaniya paytaxtı Madrid küçələrində hökumətin son illər ərzində fəhlə məsələləri barədəki siyasətlərinə qarşı etiraz aksiyası keçirib.

Madrid aksiyası İspaniyanın iki əsas fəhlə birliyinin çağırışı ilə baş tutub. Bu aksiya elə bir şəraitdə keçirilir ki, İspaniya bir neçə il davam edən iqtisadi durğunluqdan sonra, yaxşılaşmağa üz tutub. 

Madrid nümayişləri " Xalq və onun hüququ əsas götürülməlidir" şuarı ilə keçirilib. 

Son günlərdə İspaniyanın fəhlə birlikləri ölkənin müxtəlif bölgələrində 60-dan çox aksiya və tədbir keçiriblər. 

İspaniya fəhlə birliklərinə görə, ölkənin mühafizəkar hökumətinin son 5 ilin iqtisadi böhranı ilə mübarizə məqsədi ilə əmək məcəlləsinə dəyişiklik etməsi və  ümumi sektorun büdcəsinin məhdudlaşdırılması  siyasətlərinin fəhlələrin hüquqlarına zidd olduğunu , fəhlələrin alış-veriş imkanının azalmasına gətirib çıxartdığını bildirirlər. 

İspaniyanın sosialist və solçu partiyaları fəhlələrin hökumətə qarşı aksiyalarını dəstəkləyirlər. 

Teqlər